Türkiyədə son sutkada 347 nəfər yeni növ koronavirusdan həyatını itirib.
Bu haqda Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunur. Son 24 saatda 38 553 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3590 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Ölkə üzrə bu infeksiyadan ümumilikdə 38 358 nəfər ölüb.
Türkiyədə indiyədək 4 629 969 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 073 644-ü müalicə olunaraq sağalıb.