Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Sputnik- V vaksini ilə bağlı mühüm açıqlama verib. “Sherg.az” “Habartürk”ə istinadən xəbər verir ki, nazir rus istehsallı peyvəndin təhlükəsiz olduğunu deyib. O, Sputnik -V-lə barədə təcili istifadə qərarı qəbul edib.
“İki ölkə üçün də xeyirli olsun. Beləliklə, üçüncü peyvənd olaraq Sputnik-V də ölkəmizdə istifadə ediləcək”. – deyə, F. Qoca əlavə edib.