Türkiyədə yeni xəstəlik: ...Gənə dişlədi, qızdırması düşmür


Türkiyənin Artvin şəhərinin Ardanuç vilayətində üç gün əvvəl bağda 16 yaşlı Emre Selimi gənə dişləməsi nəticəsində Krım Kongo Qanamlı Qızdırma xəstəliyi yenidən gündəmə gəlib. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir.

Həkim, dosent Gökçe Gayretli Aydın bu xəstəliyin əlamətlərinin də COVİD-19-a bənzədiyini bildirib. O, deyib ki, son vaxtlar qızdırma zamanı ağıla ilk gələn koronavirus olsa da, digər xəstəlikləri də unutmaq olmaz. 

Həkimin tövsiyəsinə görə, təbiətdə istirahət etmək istəyənlər bədəni tamamilə qapadan paltarlar geyinməli, şalvarlarının aşağı hissəsini corablarının içinə salmalı və gənələrin daha asan görünməsi üçün açıq rənglərdən istifadə etməlidirlər. 

Həmçinin bu mövsümdə gənələrin üzə çıxdığı və gənə dişləməsinin 10 gündən sonra müxtəlif simptomlar, o cümlədən baş ağrısı, qızdırma, halsızlıqla özünü göstərdiyi diqqətə çatdırılıb.