Britaniyada son sutkada koronavirusdan 3 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 2696 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 452 527 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 3 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 694 nəfərə çatıb.