Türkiyədə peyvənd olunanların sayı açıqlanıb

Türkiyənin Səhiyyə Nazirliyi vaksin olunanların sayını açıqlayıb.
Bu barədə “Sherg.az” “Posta”ya istinadən xəbər verir. Bildirilir ki, ümumilikdə 26 milyon 912 min 166 nəfər peyvənd olunub. Onlardan  15 milyon 430 min 414 nəfər birinci dozanı, 11 milyon 481 min 752 nəfər isə hər iki dozanı vurdurub.