"Patı" sintetik narkotikdir, arıqlamaq üçün nəzərdə tutulmayıb: Qadınlar istifadə edir

"Patı" (metanfetamin) adlı maddə qadınlara arıqlamaq üçün təklif olunur və guya bu maddə onları arıqladır”.
Sherg.az xəbər verir ki, bu fikirləri “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi feysbuk səhifəsində yazıb.  O qeyd edib ki, amma bu maddə insanları asılı hala salır:



“Arıqladır çünki , iç orqanları məhv edir. Arıqladır , çünki öldürür. Bunu başa düşmək çətin deyil. Arıqlamaq yox , sürünərək yavaş-yavaş hər şeyini itirərək öldürür.
"Arıqladır" sözü satanlar tərəfindən uydurulmuş bəzəkli bir sözdür. Məqsəd müştəriləri cəlb etməkdir. Patı (maddə adı metanfetamindir) İstifadəçilər öz aralarında bunu "Şüşə" adlandırırlar. Sonra görüblər artıq hər kəs tərəfindən anlaşılan hal alıb patpres sözünü qısaldıb patı deməyə başlayıblar. Bu sintetik narkotikdir, bədəndə yaralar yaradır , ağciyəriləri deşir , insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin ən çoxu 3-4 il ömrü olur. Patının tarixinə baxsaq ll Dünya Müharibəsində almanlar əsgərlər yatmasın və acmasın deyə istifadə ediblər, yəni arıqlamaq üçün nəzərdə tutulmayıb”.

M.Zeynalova qeyd edib ki, hələ məktəblər və universitetlər bağlıdır: “ Məktəb və universitetlər açılanda sonra kiminsə uşağı və yaxını buna düçar ola bilər. Buna görə də sosial şəbəkələrdə narkotikə qarşı ciddi şəkildə mübarizə aparmaq lazımdır”.