Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.