Koronavirusun yeni simptomları: dəridə, ağız və ya dildə dəyişikliklər...

Son vaxtlar müxtəlif mutasiyalarla gündəmdə olan koronavirusun yeni simptomları meydana çıxıb. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, alimlər vaksin olunanlara xəbərdarlıq edib və xəstəliyin yeni əlamətlərini açıqlayıblar. Yüksək hərarət, titrəmə, davamlı öskürək, iybilmə, dadbilmənin itməsi, baş ağrısı, boğaz ağrısı, asqıraq kimi artıq bilinən simptomlarla yanaşı, həddindən çox yorğunluq, dəri tökülməsi, ağız və ya dildə əmələ gələn dəyişikliklər, barmaqların qırmızılaşması, ağrıması, təngnəfəslik, sinə ağrıları, əzələ ağrıları, səsin tutulması, isxal, işdahsızlıq, qarın ağrısı, burun axması da insanın koronavirusa yoluxmasının göstəricisi ola bilər. 
 Həmçinin Pfizer peyvəndinin Delta mutasiyasınan qarşı 88 faiz, Alfa variantı əleyhinə isə 93.7 faiz effektli olduğu vurğulanıb