Professordan xəbərdarlıq:“Qrip və korona ilə bağlı kritik durum..."

Türkiyənin Hacattape universiteti Tibb fakültəsinin professoru Mehmet Ceyhan vətəndaşlara xəbərdarlıq edib. “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir ki, o, çox nadir rast gəlinən virusların bu il ciddi şəkildə artacağını deyib. 
 “Bu il qrip, üstəgəl koronavirus faktlarını görəcəyik. Əgər belə davam etsə, həm qrip, həm də koronavirusla bağlı əvvəlkindən daha kritik durum görəcəyik”- deyə, o, bildirib. 
 Professorun sözlərinə görə, hər iki virus eyni anda orqanizmdə ola bilər: “Bunlardan biri xəstəliyə səbəb olar, digəri isə sadəcə boğazda çoxalar. Amma eyni anda ikisi birlikdə xəstəlik yaratmaz. Çox güman, qrip sezonu başlayanda bunu görəcəyik”. 
 Həkim oktyabrın 15-dən etibarən qrip sezonunun başlayacağını söyləyib.