Səyyad Əlizadənin son durumu ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib. 
Bildirilib ki, müğənni süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır:
“Onun saturasiyası 88-ə düşüb. Hazırda süni tənəffüs aparatından 70 faiz oksigen dəstəyi alır. Hərarəti yoxdur. Şəkəri 173
dür. Huşu qapalıdır. Bütün bunların fonunda sənətçinin ümumi  vəziyyəti ağırdır”.