Uşaqlar üzərində araşdırma: yoluxanların 11,2 faizi...

İsraildə koronavirusa yoluxan uşaqlar arasında araşdırma aparılıb. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, aparılan araşdırmalar nəticəsində koronavirusa yoluxan hər on uşaqdan birində simptomların davam etdiyi məlum olub

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə 3-18 yaşlı 13 min 864 uşağın valideyni ilə əlaqə saxlanılıb. Həmin uşaqların 11,2 faizində koronavirus əlamətlərinin hələ də qaldığı ortaya çıxıb.

Kənan Novruzov