Səyyad Əlizadənin kürəkəni:"...Aparata qoşulub" 

Xəbər verdiyimiz kimi müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. Onun durumunun ağır olduğu söylənilir. Bununla yanaşı sənətçinin xanımı da korona xəstəsidir.
Kürəkəni Razim Qarayev “Sherg.az”a müğənninin son sağlıq durumu haqda məlumat verib:
“Vəziyyəti bildiyiniz kimidir. Dəyişiklik yoxdur. Suni tənəffüs aparatına qoşulub. Dünən, həyat yoldaşını da xəstəxanaya yerləşdirdik, palatadadır. Yüngül keçirir”.