Xalq artistindən sərt təpki: "Savadlıları baş həkimlər işdən uzaqlaşdırırlar”

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan dünyasını dəyişib. Bu ölüm xəbəri mədəniyyət aləmini dərindən sarsıb.
“Sherg.az” xəbər verir ki, xalq artisti Brilliant Dadaşova mərhumla bağlı sosial şəbəkə səhifələrdən birində rəy yazıb:
“Zatən müalicə etsələr, çox təəccüblənərdim. Hörmətli Mehriban xanım Əliyeva bacardığı qədər hər kəsə kömək edir. Qazilərimizi Türkiyəyə müalicəyə göndərir. Bizim tibb sahəsində çalışanların çoxu birini öyrənir, onunu bilmir. Yaxşı həkimləri də çox vaxt baş həkimlər gözümçıxdıya salıb, işdən uzaqlaşdırırlar”.

Samirə