Ürəyi dayandı, nəbzi vurmadı, 45 dəqiqə sonra isə…

ABŞ-ın Baltimore şəhərində qəribə hadisə yaşanıb. “Sherg.az” “Posya”a istinadən xəbər verir ki, Katti Patin adlı bir qadın qolf oynayarkən telefonla hamilə qızının doğum üçün xəstəxanaya aparıldığını öyrənib. Xəbərin ardınca infarkt keçirən qadın təcili klinikaya yerləşdirilib.

Ürəyi döyünməyən, nəbzi dayanan qadın həkimlərin 45 dəqiqəlik səylərindən sonra həyata qaytarılıb. Bu dəqiqələrdə xəstəxananın dəhlizinin o başında Patinin nəvəsi Alora dünyaya gəlib. Patten başına gələnlər haqqında danışarkən ona ikinci şans verdiyinə görə Allaha minnətdar olduğunu deyib. Qadının həkimi Dov Frankil isə bunun modern tibbin imkanları, ya Tanrının möcüzəsi olması sualına cavab tapmağı insanların öhdəsinə buraxıb. 

Kənan Novruzov