Peyvəndin yan təsirləri ilə bağlı ARAŞDIRMA

Türk Toraks Cəmiyyətinin üzvləri Sinovacın təsirləri ilə əlaqədar geniş araşdırma aparıblar

"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, aparılmış araşdırma nəticəsində məlum olub ki, peyvəndin yan təsirləri əsasən vurulan hissədə qızartının və ağrının olmasıdır. 

Çin mənşəli Sinovacın (CoronaVac) təsirləri ilə bağlı böyük araşdırma anket formasında aparılıb. Araşdırmanın nəticələrinə görə, CoronoVac peyvəndinin ilk dozasından sonra 18.4% və ikinci dozadan sonra isə 15.6 faiz yan təsirləri inkişaf edir. 

Qeyd olunub ki, peyvəndin yan təsirləri ən çox tətbiq edildikdən sonra 24 saat ərzində müşahidə edilir.

Aynurə Pənahqızı