21 həftəlik körpə Ginnesin rekordlar kitabına düşdü

ABŞ-ın Alabama ştatında 21 həftəlik körpə bütün risklərə rəğmən həyatda qalıb və bununla da adını Cinnesin rekordlar kitabına yazdırıb. “Şərq” BBC Türkcə-yə istinadən xəbər verir ki,  körpə Birmingham şəhərində dünyaya gəlib. Körpənin anası Michelle Butler 2020-ci il iyul ayının 4-də xəstəxanaya aparılıb və o, əkiz körpələr dünyaya gətirib. Lakin körpələrdən biri C.Asya bir gün sonra vəfat edib. Digər körpə, cəmi 420 qram ağırlığında doğulmuş Curtis Means isə zəif orqanları ilə həyatda qalmaq üçün mücadilə edib və 275 gün sonra anasıyla birlikdə xəstəxanadan evə buraxılıb. Bununla da körpə adını Cinnesin rekordlar kitabına “həyatda qalan ən prematur körpə” (vaxtında əvvəl doğulan körpə) olaraq yazdırmağı bacarıb.  Həkimlərsə Curtisin indi də bəslənmə aparatına bağlı yaşadığını bildirir. Onun həyati təhlükəsi hələ keçməyib.