Türkiyədə rekord sayda yoluxma qeydə alınıb

Türkiyədə son sutkada rekord sayda - 93 586 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ötən gün ölkədə 438 252 nəfərdən analiz nümunələri götürülüb.

Məlumata görə, eyni dövr ərzində 210 nəfər COVID-19-dan ölüb. Eyni zamanda 85 503 nəfər sağalıb.