Azərbaycanda daha 4 268 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Sherg.az"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.