Anticismləri olanlar niyə “Omikron”a yoluxurlar? – Mütəxəssisdən AÇIQLAMA


“Genomunda çox sayda dəyişikliyə malik olduğuna görə, “Omikron” peyvənddən və ya xəstəlikdən sonra müdafiəni keçə bilir”.
Bu barədə rusiyalı alim, molekulyar biologiya mütəxəssis Konstantin Severinov bildirib.
Onun sözlərinə görə, anticisimlər “Omikron”un S-proteinini daha pis tanıyır və buna görə də virusun bu versiyasını daha pis neytrallaşdırır.
Mütəxəssis digər ştammlarla müqayisədə “Omikron”un daha yumşaq keçməsini insanların daha çox immunitet qazanması ilə əlaqələndirir.
Mənbə: Lenta.ru