ÜST-ün Baş katibi: "Dünyanın əksər bölgəsində koronavirusdan ölüm sayı artır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun “omikron” variantının sürətlə yayılmasından, habelə ölüm sayının artmasından narahatlığını ifadə edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, həftəlik brifinqdə çıxış edən təşkilat rəhbəri dünyanın əksər bölgələrində koronavirusdan ölənlərin çoxaldığını diqqətə çatdırıb.
“Bundan 10 həftə əvvəl “omikron” ilk dəfə aşkarlanandan sonra ÜST-ə 90 milyona yaxın yoluxan haqqında məlumat gəlib. Bu da bütövlükdə 2020-ci ildəkindən daha çoxdur”, - Qebreyesus qeyd edib.