Üçəm və dördəm dünyaya gətirən karonalı analardan XƏBƏR VAR:“Anaların da, körpələrin də vəziyyəti...”

“COVID-19”a yoluxmuş və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş iki hamilə qadından biri üçəm, digəri isə dördəm dünyaya gətirib. 
Yanvarın 26-da Mərkəzə gətirilən 44 yaşlı qadın reanimasiyaya yerləşdirilib. Onun dünyaya gətirdiyi üçəmlərin ikisinin vəziyyətinin stabil, birinin isə ağır olaraq qaldığı deyilib. 

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Körpələrdən ikisinin vəziyyətinin stabil, ikisinin isə ağır olduğu bildirib. 

“Sherg.az” həmin pasiyentlərin vəziyyəti öyrənmək üçün Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ilə əlaqə saxlayıb. O, bildirib ki, reanimasiyada olan ananın vəziyyəti stabilləşir:

“Digər ananın da vəziyyəti yaxşıdır. Körpələrin səhhətində də hər hansı problem yoxdur, əksinə getdikcə yaxşılaşırlar”.
Sənan İsmayıl