Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 435 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 746 927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 127 666 təşkil edir.