Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.
"Sherg.az"ın məlumatına görə, prezident "Twitter" hesabında açıqlama verib:
"Həyat yoldaşımla hiss etdiyimiz yüngül simptomlardan sonra COVİD-19 testinin nəticəsi müsbət çıxdı. Omikron ştammı olduğunu öyrəndiyimiz xəstəliyi şükürlər olsun ki, yüngül keçirdirik. Missiyamızın başındayıq. İşimizi evdə davam etdirəcəyik. Dualarınızı gözləyirik”.
Prezident R.T Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "Ancaq birlikdə. İnşallah, Tayyib bəylə birlikdə bu xəstəliyə ən qısa zamanda qalib gələcəyik. Dualarınızı gözləyirik"deyə qeyd edib.