Bir həkim yüzlərlə, minlərlə insan deməkdir

Günel Məmmədova bu adın, peşənin şərəfini, nüfuzunu həmişə uca tutub

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da həmyerlimizi peşəsinə verdiyi dəyərdən dolayı təbrik edib

Tibb sahəsi və həkim peşəsinin tarixi çox qədimlərə gedib çıxır. Həkimlərin bəşəriyyət üçün ən vacib peşə sahibləri olduqlarını əminliklə söyləyə bilərik. Doğuşdan ölümə qədər bir insanın ağrı-acılarını öz ağrı-acısı kimi qəbul edən, dərdinə məlhəm olan, ona şəfqət bəxş edən ağxalatlı qəhrəmanlardır. Bir həkim peşəsi seçimi yalnız öyrənmək üçün çox vaxt itirildiyinə görə çətin deyil. Bu peşə həm də ona görə mürəkkəbdir ki, aşırı məsuliyyət, qətiyyət, mərhəmət və səbir tələb edir. "Hippokrat andı" içmiş əsl həkim insan kədərinə biganə qala bilməz, çünki əsl həkimin vəzifəsi xəstələrin əziyyətini yüngülləşdirmək, onları ölümdən xilas etməkdir. Ən başlıcası, xəstənin ovqatından, onun xəstəliyinin ağırlıq dərəcəsindən asılı olmayaraq həkim bütün xəstələrə eyni dərəcədə şəfqət və qayğı hissi ilə yanaşmalıdır. 

Olduqca xırda səbəbdən ölümlə nəticələnən onlarla fakt və hadisə eşitmişik, müşahidə etmişik. Həkimlər isə gündə yüzlərlə, minlərlə insanı bu cür gözlənilən və gözlənilməyən ölümün "pəncəsindən alır". Ona görə də bir həkim yüzlərlə, minlərlə insan deməkdir.

Heç kimə sirr deyil ki, çox zaman həkimlər planlarını və maraqlarını qurban verərək, sağlamlıqlarını təhlükə altına ataraq, insanlara kömək əli uzadırlar. Dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyasının ən qaynar çağlarında və 44 günlük Vətən müharibəsində ağxalatlı qəhrəmanlarımızın necə tarixlər, dastanlar yazdıqlarının şahidi olduq.

Müasir dövrümüzdə vaxtaşırı olaraq dövri mətbuatda və sosial şəbəkələrdə "uzman doktor" ifadəsinə rast gəlirik. İndi sizə təqdim edəcəyimiz uzman doktor Günel Məmmədova bu adın, peşənin şərəfini, nüfuzunu hər zaman uca tutur.

Kimliyi və təhsili barədə...

Günel Müsəddiq qızı Məmmədova 1989-cu il aprel ayının 19-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb

1996-cı ildə Bakı şəhərində 1 saylı ingilis dili təmayüllü məktəb-lisey kompleksinə qəbul olunub, 2007-ci ildə sözügedən təhsil müəssisəsini fərqlənmə ilə bitirib. 2007-ci ildə yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə ödənişsiz əsaslarla qəbul olunub. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin tələbə-gənclər təşkilatına üzv olub. 2009-cu ildə Tələbə Cəmiyyəti nəzdində "Miokard infarktında biokimyəvi markerlərin rolu" adlı tələbə elmi işini ingilis dilində müdafiə edib və birincilik qazanıb.

Türkiyədə təhsil...

2010-cu ildə universitetlərarası mübadilə proqramı çərçivəsində İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində təhsil alma haqqına nail olub. 2014-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra eyni Universitetin Ümumi cərrahiyyə şöbəsində uzmanlıq təhsilinə başlayıb. 2017-ci ildə universitetlərarası mübadilə proqramı ilə Mərmərə Universiteti Ümumi cərrahiyyə şöbəsində uzmanlıq təhsilini tamamlayıb və "Operatör Doktor" adına layiq görülüb.

Ailəsi...

Ailəlidir. 1 qız övladı var. Həyat yoldaşı Op.Dr. Toğrul Cavadov, İstanbulda beyin və sinir cərrahiyyəsi uzmanı olaraq çalışmaqdadır. 44 günlük Vətən müharibəsi dönəmində maddi və professional olaraq Azərbaycan xalqına dəstək göstərib. Hazırda şəhid ailələrinin övladlarının təhsilinə dəstək məqsədi ilə "Şəhid övladlarına təhsil dəstəyi dərnəyi" başqanı olaraq, yüzlərlə ailəyə təhsil dəstəyinin verilməsinə vasitəçi olmaqdadır.
Beynəlxalq qurultay və simpoziumlarda iştirakı...

10-12 may 2012-ci ildə 23-cü Beynəlxalq tibb tələbələri qurultayında "Tələbələrin ictimai-sosial vəziyyəti" mövzusunda çıxış edib. 11-12 iyun 2013-cu ildə 25-ci "Türk-alman Gastroenteroloji ve Hepatoloji" qurultayına qatılıb. 2-5 noyabr 2017-ci ildə tibbi-cərrahi endokrinoloji məzuniyyət sonrası "eğitim kursu"na qatılıb və buranı müvəffəqiyyətlə tamamlayıb. 6-7 noyabr 2017-ci ildə "Temel Eğitim ve Uyum" kursuna qatılıb və bu kursu da uğurla başa vurub. 8 sentyabr 2018-ci ildə "Temel Cerrahi Eğitim" kursuna qatılıb, kursu müvəffəqiyyətlə tamamlayıb, sertifikata layiq görülüb. 8-9 mart 2019-cu ildə "VII. İnternational Onco-Surgery Days 2019" simpoziumunda iştirak edib. 15-16 fevral 2019-cu ildə "1.Ulusal Cerrahi Onkoloji" simpoziumuna qatılıb. 26 may 2019-cu il tarixində "Level III SENUS BREAST ULTRASOUND WORKSHOP MASTERKLAS" proqramını uğurla başa vurub və sertifikat alıb. 25-28 noyabr 2019-cu ildə "Temel Cerrahi eğitim-II" kursuna qatılıb və kursu müvəffəqiyyətlə tamamlayıb. 14 dekabr 2019-cu ildə "Türk Cərrahi dərnəyi"nin nəzəri və donuzlar üzərində aparılan "Perkutan endoskopik Gastrostomi" (PEG) proqramını uğurla başa vuraraq sertifikatla təltif olunub. 11-13 iyun 2021-ci ildə Türkiyə "ERAS" dərnəyinin düzənlədiyi qurultaya qatılıb. 1-3 oktyabr 2021-ci ildə 19. "Medikal-Cerrahi endokrinoloji Mezuniyet Sonrası eğitim" kursuna qatılıb.
15-16 oktyabr 2021-ci ildə "Clinical Practice Symposium: Discuss Your Breast Cancer Case" simpoziumuna qatılıb. 30 noyabr-4 dekabr tarixləri arasında "I.Uluslararası Türk Kolorektal Cerrahi" qurultayına qatılıb. İngilis dilində "The Surgical Treatment of Splenic Flexure Colon Cancer: Segmental Resection or Extended Left Colectomy" elmi çalışması ilə çıxış edib. Sözügedən çalışma "Journal of European Surgery"də yayımlanıb. Eyni qurultayda "Sağ ve sol kolon kanserlerinde tümör depositlerinin görülme sıklığı ve onkolojik sonuçlara etkisi" və "Kolon kanserlerinde mikrosatellitinstabilite (MSİ) durumunun tümör lokalizasyonu ile ilişkisi ve prognoz üzerine etkisi" elmi məruzələri ilə çıxış edib. "Kolon kanserlerinde tümör depoziti varlığının lokalizasyonla ilişkisi, tümör histopatolojisi ve prognoza etkisi" başlığı altında diplom işi ilə "Tümör depozitlerinin sağ ve sol kolon kanserlerinde prognostik önemi"ni dünya elmi ədəbiyyatında ilk dəfə olaraq vurğulayıb.

Üzv olduğu dərnəklər…

Üzv olduğu dərnəklərə isə "American College of Surgeons", "The American Society of Breast Surgeons", "American Thyroid Association", "European Society for Medical Oncology", "Breast Health Working Group", "Türk Tabip Odası", "Türk Cerrahi Derneği", "Türk Kolon ve Rektum Cerrahi Derneği", "ERAS Türkiye Derneği", "Endokrinolojide Diyalog Derneği", "SENATURK Senoloji Akademisi", "Cerrahi Onkoloji Derneği" daxildir.

Dərs aldığı professorlar…

Cərrahi təhsili müddətində Türkiyənin öndər cərrahlarından Prof.Dr. Şevket Cumhur Yeğen, Prof.Dr. Bahadır Güllüoğlu, Prof.Dr. Atilla Soran, Prof.Dr. Vahit Özmen, Prof.Dr. Yeşim Erbil, Prof.Dr. Abut Kebudi, Prof.Dr. Fadıl Ayan, Prof.Dr. Abdullah Sonsuz, Prof.Dr. Mustafa Taşkın və b. dərs alıb, elmi, nəzəri və praktiki təhsilini uğurla başa vurub.

Türkiyə Səhiyyə nazirinin Günel Məmmədova haqqında fikirləri...

Türkiyə Səhiyyə Naziri Dr. Fahrettin Koca Günel Məmmədovaya ətraflı təbrik məktubu yazıb. Məktubun mətnini təqdim edirik:

"Hörmətli həkim dostum Günel Məmmədova, çətin günlərdə həkim kimi çalışan və digər yandan öz peşəsinin tələblərini yerinə yetirməyə cəhd edərək daha yaxşı şəraitdə tibbi xidmət göstərməyi düşünən, bütün dostlarıma və Sizə səmimi salamlarımı, sayğılarımı bildirirəm. Biz bu peşəni layiqincə şərəfləndirmək üçün hər cür səydən istifadə edirik.

Bildiyiniz kimi, pandemiya geniş mübarizə tələb edən xəstəliyin fəsadlarından başqa bütün cəmiyyətləri, xüsusən də cəmiyyətlərin sosial psixologiyasını və iqtisadiyyatını bir çox cəhətdən sarsıtdı. Bu müddət ərzində peşəkar bir qrup olaraq ən ağır fədakarlıqlar edən, cəmiyyətlərin rəğbətini və hörmətini qazanan biz olduq.
Pandemiya göstərdi ki, həkimlər və bütün səhiyyə işçiləri ölümlə həyat arasındakı sərhəddə bəşəriyyətin tərəfində unikal səy göstərirlər. Biz səhiyyə işçiləri olaraq bizi və unikal həkim peşəsini tərənnüm edən performansı nümayiş etdirdik. Peşəkar kimliyimizi öz yerinə qoyan komanda ruhu ilə hərəkət etdik, lakin hər şeydən əvvəl fərdiliyimizdir. Hesab edirəm ki, bu ruhu qoruyub saxlamaq həmişə vacibdir. Komandanın birləşməsində həkimlərin rolunu danmaq olmaz. Hamımız bilirik ki, bəzi hallarda tibbi müdaxilə musiqi harmoniyasını tələb edir.

Bu gün professorlarımızdan tutmuş tibb tələbələrinə qədər bir çox insan təbabətin ləyaqətini itirdiyini bildirir. Amma bunu da unutmaq olmaz: Tarixi bəşəriyyət qədər qədim olan tibb və hələ də cəmiyyətin qiymətli şəxsiyyəti olan həkim öz dəyərini itirmədiyi üçün bu ləyaqət itkisi müvəqqəti xarakter daşıyır. Ölümlə ölüm, xəstəlik və sağlamlıq arasında qalan insan həkimə və tibb elminə layiqincə hörmət göstərəcək.

Yalnız təhsillə cəmiyyətdə bizə status qazandıran peşələrdən biri də tibdir. Biridir deyirəm, amma etiraf edim ki, ikincisini bilmirəm. Bu status bizi bəzi konvensiyalarla məhdudlaşdırır. Məsələn, hüquq və tələblərimizlə bağlı inkişaf etdirəcəyimiz dil, münasibət tərzi peşənin təbiətinə uyğun olmalıdır. Peşənin bu xüsusiyyətinə, şübhəsiz ki, xəstələrə qulluq daxildir. Çünki hər kəs bilir ki, baxımsız qalan xəstə, tərəflərindən asılı olmayaraq, həlli axtarılan problemə və üzərinə mesaj verilən şəxsə görə obyektivləşdirilib. Xəstə bilir. Biz həkimlər olaraq xəstənin bu vasitəçiliyindən çəkinməliyik. Bu, bir həmkar kimi mənim fikrimdir.

Hörmətli həkim dostum!

Bilirəm ki, indiki şəraitdə ölkəmizdə tiblə məşğul olmağın çətin tərəfləri var. Problemlərin öhdəsindən gəlmək çətin deyil, asanlıqla aradan qaldırıldığına və lazımi səylərin sərf edildiyinə inanmanızı istəyirəm.
Əsas məqsədlərimiz; iqtisadi cəhətdən ədalətli bir tənzimləmə, səhv iddiaların həkimlər üçün təhlükə olmasının aradan qaldırılması, artan zorakılığa qarşı daha yüksək maneə törədən hüquqi çərçivə və həkimlər təqaüdə çıxanda məhkəmə üzvləri ilə oxşar hüquqlara malik olmalıdır.
Hökumətimizin sizin üçün ən yaxşısını etməkdə qətiyyətli olduğuna əmin olun. Qarşıdan gələn 14 Mart Tibb Günümüzü ürəkdən təbrik edirəm. Hər birinizə peşənizdə və müəssisənizdə xoşbəxtlik arzulayıram".

Günel xanıma çətin və şərəfli fəaliyyətində tükənməz uğurlar arzulayırıq. Gərgin əməyi sayəsində Türkiyə səhiyyə sisteminə və ümumilikdə tibb elminə böyük töhfələr verməsini diləyirik.
Ayyət Əhməd