- Tutu da bütün meyvə və tərəvəzlər kimi öz mövsümündə yemək lazımdır. İnanılmaz faydaları olan tut birbaşa həzm sisteminə faydalıdır.
Mütəxəssislərin fikrincə, pis xolesterinlərin (triqliseridlərin) səviyyəsini aşağı salır və ürək, qan-damar xəstəlikləri üçün də inanılmaz faydaları var.
CRP (C-reaktiv protein) qaraciyərdə istehsal olunan bir zülaldır. Qanda CRP-nin miqdarının artması temperaturun yüksəlməsinə, leykosit miqdarının artmasına, qanda iltihaba səbəb olur. Qanda CRP-si yüksək olan, qanda iltihabı olan, antibiotiklərdən də fayda görməyən insan, tutu qaynadıb suyunu içsə, o zaman qanda CRP səviyyəsi aşağı düşəcək və iltihaba da son qoyulacaq.