Yay mövsümü gəldiyi üçün əksəriyyət qarderobunu yeniləməyə can atır. Mövsümə uyğun geyim, aksesuarlar alır. Aksesuarlar arasında gün eynəkləri özünəməxsus yer tutur. Gün eynəkləri şüşələrinin materialına görə 3 növə ayrılır: plastmas, şüşə, polorid.3-7 manat aralığında da satılan eynəklərin alıcıları çox olsa da, mütəxəssislər onların alışını məsləhət görmürlər. Ən əsası da eynək üzümüzə yaraşdısa, vəssalam. Halbuki yanlış seçilən eynək bizi günəş şüasından qorumur, əksinə gözlərə zərər verir.
Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında gün eynəklərinin insanların sağlamlığına təsir göstərdiyini bildirib:
"Günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz şüşələrin müəyyən tərkibi var. Təbii şüşələr görmə qabiliyyətinə təsir göstərmir. Amma hər kəs cibinə uyğun eynək alır.
Gün eynəklərindən hər kəs yararlanır. Optik eynək istifadəçiləri diqqətli davranmalıdır.
Bir tərəfdən tünd rəngdədir, digər tərəfdən də plastik materiallardan hazırlanmış eynəklərdir.
Eynəklər günorta və axşama doğru taxılır. Eynəklərin şüşələrinin günəş şüasını qəbul edib, səpələmək qabiliyyəti var. İnsanlar belə eynəklərdən istifadə etmək əvəzinə eynəksiz gəzsinlər. Optik eynəklər taxanda onun tərkibinə baxırıq.
Kompüter şüalarından qoruyan, oxumaq və uzağı görmək üçün nəzərdə tutulan eynəklər fərqlidir. İstər günəş eynəkləri, istər optik eynəklərin tərkibi, istehsalı, materialı öyrənilməlidir".