İsti yay aylarında suya alternativ olaraq istifadə etdiyimiz qida qarpızdır.
Bu bostan bitkisinin yeyilmə zamanı var. Həmin zamana riayət etmədikdə bəzən zəhərlənmə hallarına rast gəlinir. Ümumiyyətlə isə son illərdə qarpızdan zəhərlənmə çoxalıb. Hətta bu zəhərlənmələrin bəziləri ölümlə nəticələnib.
Sosial şəbəkələrdə da bu mövzu müzakirə edilir. Bəziləri qarpızı indi yediyini deyir. Digərləri isə təmiz qarpız yemək üçün avqust ayını gözləməli olduğumuzu iddia edir.
İnfeksionist-hepatoloq Mərdən Əliyev də "Sherg.az"a bildirib ki, qarpızdan zəhərlənmənin əsas səbəbi onlara verilən silitir gübrələrin çox olmasıdır:
"Qarpız əkib-becərənlər onun tez yetişməsi və iri olması üçün bəzi preparatlardan istifadə edirlər. Bu isə zəhərlənmə hallarına gətirib çıxarır. Buna görə də qarpızı öz mövsümündə yeməyi məsləhət görürəm.Mövsüm zamanı tərkibində olan maddələr azalır.Qarpız bu aylar yeni yetişdiyi üçün baha qiymətə satılır.
Buna görə də daha çox gübrədən istifadə edirlər. Avqustda isə artıq gübrələrin miqdarı azalır və bu ayda qarpız yemək daha təhlükəsiz hesab olunur".