Özəl klinikalarda CİDDİ TƏHLÜKƏ! - Həyat mənbəyi, yoxsa ölüm nüvəsi? 

“Klinikaların təhlükəsizlik qaydalarına riayət etməsi və tədbirlər görməsi böyük məsələdir”

“Onlar təkçə öz canları üçün yox, pasiyentlərin həyatları üçün də məsuliyyət daşıyırlar”

“Təsəvvür edin əməliyyat gedir və xəstəxananın elektrik sistemi dayanır. Bu zaman xəstə narkozda və aparatlara bağlı şəkildədir və ciddi risk yaranır”

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Buta" klinikasında yoxlama aparılıb.yoxlama zamanı xəstəxanada yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.Aşkar olunan nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.  Belə ki, yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib. Obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib.Yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir.binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkopan üzlük materiallarından istifadə edilib. insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb.

 Obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb.yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir. Təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir.yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.


  İnsanların ümidlərini özəl klinikalara bağladığı bir dövrdə, belə halların yaşanması xalq tərəfindən qınanılıb. Həyat mənbəyi olan bir müəssisədə bu qədər  nöqsan olması sosial media istifadəçilərini heyrətləndirib.

Sözügedən hadisəyə münasibət bildirən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, klinikaların təhlükəsizlik qaydalarına riayət etməsi və tədbirlər görməsi böyük məsələdir:

 "Bilirsiz ki kilinikalar çoxdur və günü gündən artır. Belə müəssisələrin fəaliyyətə başlaması üçün ilk öncə onların tikintisi uyğun şəkildə aparılmalıdır.xəstəxanalar təhlükəsizlik qaydalarına  daha çox diqqət yetirməlidir. Onlar təkçə öz canları üçün yox, pasiyentlərin həyatları üçün də məsuliyyət daşıyırlar.

 Təsəvvür edin əməliyyat gedir və xəstəxananın elektrik sistemi dayanır. Bu zaman xəstə narkozda və aparatlara bağlı şəkildədir və ciddi risk yaranır. Hər bir xəstəxanada mülki müdafiə öhdəliyini daşıyan həkim olur. 

Hər bir həkimə bununla bağlı təlimat verilir və öyrədilir.sözü gedən klinika haqqında yaxşı məlumatım olmasa da, onların təhlükəsizlik qaydalarına riayət etməməsi xoşagəlməz haldır.hər bir klinikanın yanğınsöndürmə cihazları və ehtiyat çıxışları olmalıdır."