Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı müəyyən edilib.Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında açıqlayıb. Türkiyəli nazir bildirib ki,xəstə 37 yaşında, immunitet sisteminin zəifliyindən əziyyət çəkən biridir. O, özünü təcrid edib. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçir.
Qonşu ölkələmizdə bu virusun yayılması xəbəri əhali arasında narahatlıq doğurub.sosial şəbəkələrdə Pandemiyanın ölkəmizdə də yayıldığı ,lakin gizli saxlanıldığı söhbətləri gəzir.
Pademiyya ilə bağlı "Sherg.az"a danışan həkim-infeksionist Sədiqə Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan yaxın olduğu üçün virusun yayılma ehtimalı çoxdur:
"Meymun çiçəyi Koronavirus dərəcəsində yoluxdurucu deyil və sürətlə yayılmır. 1980-ci illərə qədər anadan olan insanlara təbii çiçəyə qarşı peyvənd vurulmuşdu.
Sözügedən peyvənd meymun çiçəyinə qarşı da, effektivdir. Həmin yaş qrupuna daxil olan əhali demək olar ki, qorunmuş hesab olunur”.