Bu günə qədər meymun çiçəyi virusuyla əlaqədər iki testdən istifadə edilib.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki,müraciət edənlərdən test nümunələri götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hər iki şəxsin test nəticəsi neqativdir.Bildirilir ki, bu gün üçün ölkədə meymun çiçəyinə yoluxma halı qeydə alınmayıb.
Artıq ölkəmizdə də, meymunçiçəyi ilə bağlı müraciət edənlərin olması əhali arasında narahtlığa səbəb olub. İddialar dolaşır ki, meymunçiçəyi Azərbaycana da “ayaq açıb”, lakin təşvişə yol verməmək üçün məlumat gizlədilir.
İddiaların əssasız olduğunu deyən professor, tibb elmləri doktoru Adil Qeybulla "Sherg.az"a bildirib ki, hansısa xəstənin dövlət tərfindən gizlədilməsi inandırıcı deyil:
"Əgər Səhiyyə Nazirliyi və rəsmi qurumlar məsələni təsdiqləmirsə, biz heç nəyin əsasında bu halın varlığını deyə bilmərik. Bu virusa heç bir özəl klinikada və xəstaxanada rast gəlməmişik. Xəstəliyi ayaq üstündə keçirənlərin və qeydiyyata alınmayanların olması ehtimalı da var. Amma inanmıram ki, xəstəlik olsun, onu qeydiyyata alsınlar və gizlətsinlər”.