Panikaya səbəb yoxdur: "Meymunçiçəyi pandemiya deyil"

Gürcüstanın Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı narahatlığa əsas görmür


Meymunçiçəyi xəstəliyi digər respirator virus xəstəlikləri kimi yayılmayıb, ona görə də Gürcüstanda panikaya səbəb yoxdur.

Trend xəbər verir ki, bunu Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Gürcüstanda meymunçiçəyinə yalnız bir yoluxma qeydə alınıb, bu da səfərdən qayıdan vətəndaşda - o, artıq sağalıb, xəstəliyin degər şəxslərə keməsi qeydə alınmayıb.

"Meymunçiçəyi pandemiya deyil, müəyyən əhali qruplarında cəmləşmiş epidemiyadır", - deyə A.Qamkrelidze bildirib.