Burkina-Fasoda silahlıların hücumu nəticəsində 200-ə qədər şəxs ölüb

Burkina-Fasonun şimal-mərkəzi bölgəsində silahlıların hücumu nəticəsində 200-ə qədər adam ölüb, ən azı 140 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RFI” məlumat yayıb.

Hücum zamanı ölənlər arasında hərbçilər və mülki şəxslər olub.

Bir neçə hərbçi itkin düşənlər siyahısındadır. Yaraqlılar silah və hərbi mobil xəstəxananı da özləri ilə aparıblar.