Hakan Fidan Arakçı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın yeni XİN rəhbəri Abbas Arakçı arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hakan Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb.

Danışıq zamanı ikitərəfli əlaqələrlə yanaşı, İsrail ilə Fələstin arasında davam edən qarşıdurma və bölgədəki son hadisələr müzakirə edilib.