Rəsmi Moskva Parisdən Durovun hüquqlarının müdafiəsini təmin etməyi tələb edib

Rusiya Fransa hakimiyyətindən Teleqramın yaradıcısı Pavel Durovun hüquqlarının müdafiəsini təmin etməyi və konsulluq xidmətini təqdim etməyi tələb edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Parisdə saxlanılan Durovla indiyə qədər əlaqə saxlamaq mümkün olmayıb.