Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən "Ovçubərə" qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatının 27 avqust tarixdə saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.