Alen Delon dəfn edildi

Fransız aktyoru Alen Delonun dəfn mərasimi avqustun 24-də Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində baş tutub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, mərasimdə sənətçinin üç övladı və yaxın dostları iştirak ediblər.

Aktyor qala ərazisində tikdiyi kilsədə dəfn edilib. O, sağlığında öz dəfninin dar çərçivədə keçirilməsini vəsiyyət edib.

Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib.