Teleqramın rəhbəri Pavel Durov Azərbaycandan qayıdarkən “Le Burje” hava limanında Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
"Sherg.az" xəbər verir ki, məlumatı “TF-1” televiziyası yayıb.
Bildirilir ki, onun saxlanılmasına səbəb Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etməsi olub.
Televiziya iddia edir ki, Durov terrorizm, narkotrafik, pedofiliyaya aid kontentin yayılması, çirkli pulların yuyulmasında ittiham ediləcək. İttihamlar təsdiqlənərsə, onu 20 il həbs cəzası gözləyir.
Durovu Azərbaycandan qayıdarkən mühafizəçiləri və bir qadının müşayiət etdiyi bildirilib.
“RussianNews”da dərc edilən məqalədə iddia olunur ki, Durovun həbsi onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır. Məqalədə bildirilir ki, bu, Qərb üçün bardağı daşıran son damla olub.
Amma Durovun Bakıda Putinlə görüş cəhdinin baş tutmaması haqda iki gün öncə mediada məlumat yayılmışdı.
Maraqlıdır demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda X və Meta rəhbərliyi də həbs edilməlidirmi?
Həmçinin dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ niyə açıqlam vermir?
Bəs AbŞ Dövlət Departamenti necə? Əgər Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi,istitutu qalmamışdı.
Məsələyə münasibət bildirən siyasi şərhçi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin qurucusu, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a
açıqlayıb ki, Pavel Durovun həbsi açıq şəkildə ona qarşı qərəzli, əsassız bir ittiham irəli sürüləcəyindən xəbər verir:
"Ümumiyyətlə, Durovun Fransaya qayıtmasından bir neçə dəqiqə öncə, həbsinə qərar verilməsi onun siyasi yöndə həbs olmasını göstərir. Pavel Durovun icad etdiyi telegram dünyanın hər tərəfində alternativ xəbər platforması olaraq özəlliklə Qərbin nəzarətindəki platformalarla ciddi rəqabətə girərək bir çox məqamlarda onları üstələyir. Belə bir şəraitdə Fransanın ona qarşı belə addım atması şübhə doğurmur. Digər tərəfdən onun Azərbaycana gəlməsi də təsadüfi deyil. Yəqin Durov Azərbaycanda bu sahədə fəaliyyət göstərənlərlə işbirliyi düşünüb. Təbii ki, Durovun Azərbaycandan qayıtdıqdan dərhal sonra həbsi əlavə suallar yaradır. Əslində, bizə bu sualların əksəriyyəti aydındır. Yəni, Fransa Azərbaycana qarşı qərəzlidir. Bunun üçün də onlar Durovun ölkəmizdə işbirliyinə başlaya biləcəyindən qorxaraq onu həbs edirlər. Burada ifadə və yeni texnologiyalar azadlığının gözardı edilməsi var. Həmçinin, dövlətin imkanlarından qisas alma maşını kimi istifadə edilir. Bir sözlə, Pavel Durovun həbs edilməsi ciddi əsaslara söykənmir. Yəni ona qarşı əsassız iddialar irəli sürüblər. Məqsəd isə onun sıxışdırılaraq bazardan çıxarılması və Azərbaycan kimi ölkələrlə əməkdaşlığın əngəllənməsidir".