Yatmazdan əvvəl süd içmək sağlamlığa faydalıdır.
"Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, süd böyük qida mənbəyidir. Mütəxəssislərin fikrincə, yatmazdan öncə süd içmək sümükləri gücləndirir. Südün daha tez yuxuya getmək, hətta arıqlamaq kimi inanılmaz xeyirləri var. Tərkibində yuxu keyfiyyətini yaxşılaşdıra bilən komponentlər mövcuddur. İnsan və heyvanlar üzərində aparılan bir çox araşdırma süd içməyin keyfiyyətli yuxu almağa kömək etdiyini sübut edib. Süddə triptofan və melotonin mövcuddur ki, bu da daha asan və tez yuxuya getməyə kömək edir.
Triptofan əhvalı yaxşılaşdıran, rahatlamağa kömək edən serotonin istehsalında mühüm rol oynayır. Həmçinin melotonin sirkadiyalı ritmi tənzimləməyə kömək edir və insanı yuxuya hazırlayır. Tədqiqatlar göstərir ki, melatonin və triptofan əlavələrinin qəbulu yatmazdan əvvəl baş verən narahatlıq və depressiya əlamətlərini azalda bilər.