Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
"Sherg.az" "NTV"-yə istinadən xəbər verir ki, xəstəxanada karantinə alınan 42 yaşlı xəstənin səhhətinin yaxşı olduğu vurğulanıb.
Misir Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində verilən açıqlamada Misir vətəndaşında virusun aşkar edildiyi və bu şəxsin xəstəxanada karantinə götürüldüyü bildirilib.
Məlumatda qeyd edilib ki, Avropa ölkəsində yaşamaq icazəsi olan 42 yaşlı Misir vətəndaşı tez-tez bu ölkəyə səfər edib. Xəstənin sağlamlıq vəziyyəti yaxşıdır. Təmasda olduğu insanlarla bağlı lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq, ikiyə bölünür.
Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virusdur. Bədəndə yüksək hərarət və qaşıntılı qabarcıqlara səbəb ola bilər.