Türk çayı maddələr mübadiləsini sürətləndirir.
“Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, türk çayının bilinməyən özəllikləri mövcuddur. Çay həmçinin qan təzyiqini tarazlaşdırır. Qaraciyərin yağlanmasının qarşısını alır. Bu mənada alimlər hesab edirlər ki, çayı sadəcə içki vasitəsi kimi düşünmək olmaz.
Eyni zamanda insanların gündəlik həyatı üçün əsas sosiallaşma vasitəsidir. Bəs hər gün zövqlə içilən çayın faydalarını bilirikmi?Bu barədə Qidalanma və Pəhriz mütəxəssisi “Nurdan Çeliktaş” danışıb.
O, çayda "tein", "flavonoid" və “polifenollar” kimi xüsusi molekulların olduğunu deyib. Bütün bunlar insan sağlamlığı, bağırsaq sistemi üçün xeyirlidir.
Bundan başqa, "salmonella" kimi bəzi qida bakteriyalarının böyüməsinə də maneə törədir. İnsulinə qarşı müqavimətdə və ya diabetli xəstələrə müsbət təsiri müşahidə olunub.
Həmçinin ürək-damar, bağırsaq sisteminin də yaxşılaşdırılmasına kömək edir. Lakin çox içmək ziyanlıdır. Bəzi hamilə qadınlarda az çəkili körpələrin doğulması durumları görülüb. Ona görə də gündəlik istehlakda 5-6 stəkandan çox içilməməlidir.
Təbii ki, vaxta da diqqət yetirmək lazımdır. Yeməkdən 45 dəqiqə sonra içmək tövsiyə olunur. Axşam saat 21:00-dan sonra isə istifadəsi məsləhət deyil.