Karton fincanların təhlükəsi nədir?
“Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ürək-damar xəstəlikləri mütəxəssisi dr.“Demet Erciyes” bildirib.
Kağız fincanlar yüngül və birdəfəlik istifadə üçün ən asan vasitədir. Gigiyena baxımından da daha praktik görünür, amma sağlamlığımıza bəzi təhlükələr yarada bilər.
“Mikroplastiklərin” insan bədəni üçün çox zərərli olduğu hər kəsə məlumdur. Xüsusilə də, içində isti yemək və ya içki olan qida və mayeləri orqanizm qəbul edir. Daha sonra estrogen hormonlarına mənfi təsir göstərir. Həmçinin piylənmə, diabet və immunitetin zəifləməsinə səbəb olur. Təbii ki, bu materialdan hazırlanan qabların əks təsirlərini dərhal görmürük. Kəskin bir xəstəlik kimi özünü büruzə vermir. Amma zamanla irəliləyir.