Normal cəmiyyətdə İcbari Tibbi Sığorta hər kəsə şamil olunur. Bu, şəxsin peşə, vəzifə və yaxud cəmiyyətdə tutduğu mövqeyinə görə müəyyənləşməməlidir. Hər bir vətəndaş İcbari Tibbi sığortadan yararlanmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
"Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinə münasibət bildirən ekspert diqqətə çatdırıb ki, ölkəmizdə yalnız işləyənlərin rəsmi maaşlarından müəyyən məbləğ çıxır:
“Onların fəaliyyəti daha çox könüllü vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə təyin edilir. Həmin qərarın nə dərəcədə real icra olunacağını bilmirəm. Proses şəffaf şəkildə həyata keçirilsə, tibb sahəsində işləyənlər vətəndaşlarla vəhdətə gəlsələr, sivil cəmiyyətin qurulmasına şərait yaranacaq".
Qeyd edək ki, sentyabrın 20-də “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin iclasında müzakirə edilib. Layihəyə əsasən, Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq. Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.