"Hər bir infeksion xəstəliyə Azərbaycanda rastlamaq olar. Əgər xəstəlik yoluxma ilə yayılırsa, istənilən halda ölkəmizdə də peyda olması mümkündür. Çünki biz qloballaşan dünyanın bir hissəsiyik".
Bu fikirləri "Sherg.az"a açıqlamasında meymunçiçəyi xəstəliyinin Azərbaycanda yayılma ehtimalından danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor bildirib ki, meymunçiçəyi koronavirus pandemiyası ilə müqayisə edilə bilməz:
"Ölkəmizə xaricdən gələnlər mövcuddur. Onların arasındakı gizli dövrdə olan xəstələr gəlsələr, meymunçiçəyi virusu ölkəmizə də yayılar. İndiki dövrdə meymunçiçəyimə yoluxma sayı dünya əhalisinə nisbətdə cüzi rəqəmlərdir.
Tənəffüs yolu ilə yayılan infeksiyaların intensivliyinə çata bilməz. Dünya meymunçiçəyinin lokallaşdırılması üçün lazımi tədbirlər görür. Qarşısını da ala biləcək".
Qeyd edək ki, dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini ötüb.