Hazırda tanınmış jurnalist səbuhi Məmmədli əməliyyat masasındadır.
"Sherg.az" olaraq onun səhhəti ilə bağlı məlumat əldə etmək üçün "Lent.az"ın redaktoru S.Məmmədlinin qələmdaşı Səbinə Əvəzqızına zəng etdik.
O, bildirdi ki, artıq əməliyyat hazırlıqları gedir:
"Bu gün onun həkimləri ilə danışdıq. Dedilər ki, elə indicə dializ olub. Səbuhi Demək olar hər gün dializ olur. Artıq əməliyyata hazırlıqlar gedir. Belə güman edirik ki, bir neçə saata əməliyyat başlayacaq. Şəkərli diabet xəstəsi olduğu üçün ayağındakı problem qanqrena prosesinə çevrilib. Həkimlərin dediyinə görə hər şey amputasiya ilə həll olunacaq. Ümumiyyətlə isə doktorlar əməliyyat və əməkdaşımızın səhhəti ilə bağlı ümidsiz deyillər. Biz əminik ki, tezliklə onu öz sıralarımızda yenidən görəcəyik".