Quyruq yağı əvəzsizdir

Deyilənlərin əksinə olaraq, əslində bu yağlar damarların tıxanıqlığını açır

  “D vitamini ən çox quyruq yağındadır. Qoyunlar günəş işığını demək olar ki, öz bədənlərində depolayır. Bu gün D vitamini kimi qəbul etdiyiniz dərmanların xammalı qoyun tükündən alınır. Bəzən quyruq yağının damarları tıxadığını deyən dırnaqarası “mütəxəssislər” də peyda olur. Ancaq deyilənlərin tam əksi olaraq, quyruq yağı damarları tıxamır və pis xolesterini yüksəltmir, əksinə, damarları açıb tıxanıqlığı aradan qaldırır”. Bu fikirlər qida məsələləri üzrə mütəxəssis Ağa Salamova aiddir. Mütəxəssis bu barədə sosial şəbəkədə paylaşım edərək, orqanimz üçün vacib D vitamininin hansı qidalarda cəmləndiyini açıqlayıb. “Şərq” mütəxəssisin rəyini təqdim edir:  

- D vitamini sağlam sümüklərin quruluşu və qorunması üçün vacib bir mənbədir. Bundan əlavə, sümük və dişlərimiz üçün də lazım olan kalsium və fosforun mənimsənilməsinə kömək edir. Aparılan araşdırmalar D vitamininin immunitet, xərçəng, ürək-damar xəstəlikləri və diabetə faydalarını sübut edir. Buna görə də vücudunuzun sağlam qalmasına yardımçı olmaq üçün bütün il boyu D vitamini ilə zəngin qidaların qəbulu vacibdir. Ən çox D vitamini deposu olan qidalar bunlardır.
1. Quyruq yağı
  Quyruq yağını güvəndiyiniz qəssabdan alıb 1 sm aralıqlarla doğrayıb orta atəşdə bişirərək, əridin, sonra rahatlıqla istifadə edin, yeməkləri bu yağla bişirin. Qoxusu sizi narahat edirsə, onu aradan qaldırmaq üçün isə əridən zaman quyruq yağına hil əlavə edə bilərsiniz.
2. Yağlı balıqlar
  D vitamini ilə zəngin qidalar arasında yağlı balıqlar çox vaxt siyahıya başçılıq edir. D vitamini yağda həll olunan vitamin olduğundan yağlı balıq seçimi ən unikal seçimdir. Vitamin D soyuq sularda yaşayan (süni olmayan) qızılbalıqlarda da daha çox olur.
3. Yumurta sarısı
  Yalnız yumurtanın ağını yeyirsinizsə, onun bir çox faydasını ala bilməyəcəksiniz. Zülalın çoxu yumurtanın ağında olur, lakin sağlam yağlar, vitaminlər və minerallar (o cümlədən D vitamini) daha çox sarısında olur. Günəş işığında açıq havada gəzib eşələnən toyuqların yumurtası, broyler toyuqlardan daha çox D vitamini ehtiva edir.
4. Göbələk
  Göbələklər D vitamininin yeganə təbii bitki mənbəyidir. İnsanlar kimi, göbələklər də günəşə məruz qaldıqda vitamin sintez edə bilirlər. Göbələklərdəki vitamin D miqdarı həm məhsuldan əvvəl, həm də məhsul yığımından sonra ultrabənövşəyi şüaların təsiri ilə artır. Göbələklər vitaminin (Vitamin D2) bir qədər fərqli variantını istehsal edir, lakin bu, orqanizm üçün faydalıdır.
5. Mal ciyəri
  Mal-qara ciyərinin faydaları saysız-hesabsızdır. Ən böyük faydalarından biri D vitamininin əvəzsiz mənbəyi olmasıdır. 85 qram qaraciyərdə 42 IU D vitamini var ki, bu da gündəlik ehtiyacınızın dörddə birini təşkil edir. Həm də dəmir və B12 baxımından olduqca zəngindir. Bu səbəbdən mal ciyəri xüsusilə qış aylarında süfrələrimizdən qaçırmamalı olduğumuz qidalardan biridir.
  Mütəxəssis damar tıxanıqlığına səbəb olan qidaları da sadalayıb: 
- Bəzən yanlış olaraq iç yağının da damar tıxanıqlığı yaratdığını iddia edirlər. Lakin bu, doğru deyil. İç yağı damar tıxanıqlığı yaratmır. Tıxanıqlığı trigliserid yaradır ki, bu da şəkərdə, emal olunmuş unda, trans-yağlarda, rəngli və qazlı içkilərdə və s. mövcuddur. Amma xeyirli qidaları deyil, nə ziyanlıdı onu reklam edirlər. Qoyun quyruğunda LDL - yəni pis xolesterin deyilən bir şey yoxdur, əksinə, orqanizm üçün faydalı və lazımlı olan təbii xolesterin var. Ürəklə alın, yeyin, yeməklərinizi də bu yağda bişirin. Heyvan mənşəli qidalar quyruq və kərə yağında bişirilməlidir. Tərəvəzlər isə zeytun yağında. Xəstələr isə həkim məsləhəti altında məhdud rasionda istehlak etməlidirlər.