“Covid-19” ölümlərinin sürətlə artdığı Çin də anormal simptomların kəşf edilməsi, yeni bir mutasiyanın yaranması narahatlığını artırıb.
"Sherg.az" xəbər verir ki, bəzi xəstələrin “Covid-19”a yoluxduqdan sonra üz və dillərində qaralma , hər iki gözdə şiddətli şişmə kimi anormal simptomlar üzə çıxıb. Tianjində bir xəstənin virusa tutulduğu aşkar edildikdən sonra həm dilinin, həm dişlərinin qara rəngə boyandığı müşahidə olunub.
Digər tərəfdən Çinin Anhui əyalətində yaşayan bir qadının yayılan videosu Çin sosial mediasında müzakirə mövzusuna çevrilib. “Covid-19” testi müsbət çıxan qadında qızdırma, səsin batması, qusma kimi əlamətlərlə bərabər dodaqlarında və üzündə dərinin qaralaraq soyulduğu müşahidə edilib.
Dünya Səhiyyə Təşkilatı isə "Çində infeksiya ilə bağlı məlumatlar şəffaf deyil. Yeni mutasiyaların yaranmasına təşviq edir" açıqlaması yayıb.
Çinin yüksək səlahiyyətli şəxslərindən biri olan Dr. Zonq Nanşan qısa zamanda geniş çaplı bir inkeksiyanın asanlıqla yeni bir mutasiyanıın ortaya çıxmasına səbəb olacağından narahat olduğunu deyib.
Mənbə: Hürriyyət qazeti