İmmuniteti zəif olan insanlar tez xəstələnib, gec sağalırlar

Sağlam həyat tərzi, düzgün yuxu rejimi, bol maye, fiziki aktivlik, normal bədən çəkisi, stressdən uzaq olmaq lazımdır


  İmmun sistemin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır.
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin sözlərinə görə, immun sistemin zəifləməsinin ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır: "İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir".
  Terapevt bildirib ki, az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir: "A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir. Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir".
  Mütəxəssis hansı təbii vasitələrlə immuniteti gücləndirməyin mümkünlüyündən də danışıb: "Daha güclü immun sisteminə sahib olmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır. Bədənimizin mayeyə olan ehtiyacı qədər su içmək mütləqdir. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. “Fast food”dan uzaq durun, çünki bu qidalar kalorisinin yüksək olmasına baxmayaraq, immun sistemə çox da müsbət təsir göstərmir".
  "Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir. Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə), əsəb və stressdən maksimum uzaq durmaq lazımdır. Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90 faizi dəri tərəfindən günəş işığı ilə qarşılanır. Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır" - Z.Quliyev əlavə edib.

  İnfeksionist İlahə Vəliyeva  “Şərq”ə açıqlamasında deyib ki, payız-qış aylarında anidən dəyişən hava immun sisteminə mənfi təsir edir ki, bu da orqanizmin müxtəlif infeksion xəstləliklərlə mubarizə qabiliyyətini aşağı salır. Ona görə insanlar arasında qrip, sinisut, rinit, bronxit kimi hava-damcı infeksiyaları geniş yayılır. Xüsusən altda yatan ürək-damar, hipertoniya, şəkər kimi xroniki xəstəliklər olduqda, bu, çox zaman pnevmoniya ilə ağırlaşır. Buna görə bu aralar bu xəstəliklərdən qorunmaq üçün immun sistemini gűcləndirmək lazımdır: 
“İmmunitet orqanizmi xәstәliklәrdәn qoruyan müdafiә sistemidir. İmmun sistemin normal fәaliyyәti zamanı orqanizmi viruslar, bakteriyalar, göbәlәk vә parazitlәr kimi patogen mikroorqanizmlәrdәn qoruyur.  İmmun sistem hәmçinin allergenlәrdәn, xәrçәng hüceyrәlәrindәn vә ölmüş hüceyrәlәrdәn qoruyur. İmmun sistem quruluşca çox mürәkkәbdir vә onun әsas vәzifәsi daxili stabilliyi vә orqanizmi yad cisimlәrdәn qorumaqdır.
  İmmun sistem orqanizmi xarici agentlәrdәn qoruyan hüceyrә vә orqanlardan ibarәtdir. İmmun sistemin orqanları bütün orqanizm boyu yerlәşir vә sinir, ürәk-damar, sümük vә әzәlә sistemi ilә birlikdә orqanizmin vahid funksional sistemini tәşkil edir. Bu sistem yad cisimlәrlә qarşılıqlı tәsir nәticәsindә kimyәvi maddәlәr ifraz etmәyә başlayır. Mәhz bu maddәlәr hüceyrәlәrin inkişafı vә proliferasiyasını, digәr hüceyrәlәrin isә zәdәlәnmiş ocağa yönlәndirilmәsini tәmin edir. Əgәr orqanizmin  immun sistemi  zәdәlәnmiş vә ya zәiflәmişsә, onda orqanizm xәstәliklәrә qarşı daha da hәssaslaşır.  Zәiflәmiş immunitetin nәticәsindә tez-tez xәstәlәnmә halları, qrip, allergiya, artrit, xәrçәng kimi xәstәliklәr yaranır”.

  İnfeksionistin sözlərinə görə, orqanizmin  immun sistemi anadangәlmә vә qazanılma olmaqla 2 әsas hissәdәn ibarәtdir: "Anadangәlmә immunitet orqanizmin ilk müdafiә sistemidir. Genetik tәyin olunur vә tәbii, qeyri-spesifik olur. Anadan olan gündәn anadangәlmә immunitet bizi xarici mühitin zәrәrli amillәrindən vә patogen mikroorqanizmlәrdәn qoruyur. Anadangәlmә immunitetin hüceyrәlәri qan vasitәsilә yad mikroorqanizmlәrin orqanizmә daxil olması riski çox olan nahiyәlәrә gәtirilir. Belәliklә dә, dәri vә selikli qişalar yad mikroorqanizmlәrin orqanizmә daxil olmasını әngәllәyәn ilk baryer rolunu oynayır. Qazanılma immunitet isə  spesifik immunitet olub, orqanizmin ikincili müdafiәsini tәşkil edir. Bu immunitet orqanizmin xarici faktorlarla, tәbii immunitet tәrәfindәn mәhv edilmәmiş bakteriyalarla tәması nәticәsindә yaranır. Qazanılma immunitet mürәkkәb sistem vә hüceyrәlәrin iştirakı ilә yaranan anticisimlәrlә hәyata keçirilir”.
  İ.Vəliyevanın sözlərinə görə, immuniteti zəif olan insanlar  tez xəstələnib, gec sağalırlar. Gündəlik həyatımızda orqanizmimiz viruslar, bakteriyalar, kanserogen maddələr və s. zərərli faktorlarla qarşılaşır: “Bu zaman immun sistem fəaliyyətə keçir. Ağ qan hüceyrələri onları zərərsizləşdirir və antitellər sintez edərək orqanizmi qoruyurlar. Genetik faktorlar, stress, yuxusuzluq, pis qidalanma, oturaq həyat tərzi, çəki azlığı və piylənmə, günəş və təmiz havada az olmaq, zərərli vərdişlər və s. səbəblərdən immun sistem zəifləyir. İmmuniteti gücləndirmək üçün sağlam həyat tərzi, düzgün yuxu rejimi, bol maye, fiziki aktivlik, normal bədən çəkisi, stressdən uzaq olmaq  lazımdır. Zehni funksiyaları, yaddaşı yaxşılaşdırır, hormonal vəziyyətə və xarici görünüşə müsbət təsir göstərir.
  Həmçinin ildə 1-2 dəfə mühiti dəyişmək, təbiət qoynunda istirahət etmək, təmiz havada gəzintilər etmək və yayda günəş vannaları qəbul etmək, dənizdə olmaq lazımdır”.