Plastik qablardakı təhlükə


Hamilə qadınlar imtina etməlidir

  Alimlərin apardığı yeni bir tədqiqat nəticəsində mikro və nano plastik hissəciklərin ana bətnindəki dölə keçə biləcəyi müəyyənləşib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, plastiik hissəciklər dölün inkişafına mənfi təsir edərək inkişafı zəiflədə və əngəlləyə bilər. Tədqiqatçılar mümkün təhlükəni nəzərə alaraq hamilə qadınlara plastik qablaşmalardakı ərzaqlardan, qida məhsullarından, həmçinin plastik qablaşdırmalardakı içməli sudan imtina etməyə çağırıb. İtaliyanın Roma Tor Vergata Universitetinin embriologiya üzrə mütəxəssisi, doktor Luisa Campagnolo mikro və nano plastik hissəciklərin insan toxumalarına qarışdığına dair dəlillərin artdığını bildirib. Bundan əvvəl aparılmış tədqiqatlar zamanı plastik maddələrin  dəyişikliyə uğraması nəticəsində əmələ gələn mikroskopik hissəciklərin insanın qan dövranına, hətta plazmaya keçə biləcəyi müəyyən edilib. Lakin ABŞ-nin "Association for the Advancement of Science"nin illik konfransı zamanı təqdim olunan və siçanlar üzərində aparılmiş tədqiqat orqanizmə düşən plastik hissəciklərin ana bətnindəki dölün orqanlarına nüfuz edə biləcəyini təsdiqləyir.  Campagnolo bildirib ki, ana bətnindəki döl mimkroplastiklər üçün bir hədəfdir: “Ana olmağa hazırlaşanlara məsləhətimiz budur ki, bətnlərini plastik  hissəciklərlə doldurmaqdan əl çəksinlər. Bu hissəciklər dölə mənfi təsir edə, onun inkişafını ləngidə, körpənin orqanlarına zərər vura bilər”. Mütəxəssis qeyd edib ki, plastik hissəciklər orqanizmdə hormonlara mənfi təsir edir və bioloji inkişafı pozur. “Hamilə qadınlar nə etməli olduqlarını anlamalıdır. Bu, çox sadədir. Plastik qablardan birdəfəlik imtina edilməlidir. Şüşə qablara geri dönməliyik”, söyləyən Campagnolo birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların, xüsusən günəş şüasına məruz qaldıqda zərərli reaksiyaya daxil olur, plastikdən ayrılan maddələrsə orqanizmə düşdükdə, ağır fəsadlara səbəb ola bilir.