Amerikalı milyarder Corc Soros öldüyünə dair iddialardan sonra açıqlama verib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Soros açıqlamada “İnfarkt keçirdiyim haqda yayılan xəbərlər tamamilə yalandır. Sağam və səhhətim yaxşıdır” deyib.
Qeyd edək ki, dünən amerikalı milyarder Corc Sorosun infarkt nəticəsində öldüyü iddiası sosial mediada böyük əks-səda yaradıb.
Sorosun sözçüsü isə mətbuata verdiyi açıqlamada Sorosun sağ və sağlam olduğunu, sosial şəbəkələrdə onun infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Xatırladaq ki, Corc Soros sui-qəsd nəzəriyyələri və dezinformasiya işlərində ən çox hədəf alınan adlar sırasındadır.
Mənbə: Haber Global