"Hazırda Azərbaycanda ən çox gürzə ilanı sancmalarına rast gəlinir".
Bunu "Sherg.az"a Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov deyib. Həkimin sözlərinə görə, ilan sancması halları ən çox əl və aşağı ətraf ayaq hissədə görünür:
"Əvvəllər "jqut" qoyulurdu. Lakin onunla yanaşı immobilizasiya prosesi həyata keçirilməlidir. İlan sancdığı yerə çubuq, taxta qoyub iki tərəfdən sarğı ilə sarıyıb, horizontal vəziyyətdə təcili xəstəxanaya çatdırmaq lazımdır. İmmobilizasiya zədələnmiş ətrafın şinalardan istifadə etməklə tam hərəkətsizləşdirilməsi deməkdir. Hətta imkan daxilində ilan dişləyən nahiyəni adi sabunla yumaq da olar. Dədə-baba qaydası ilə ilan sancan yeri sovurmaq yalandır".